Ölkəmiz gələn il daha bir dünya miqyaslı beynəlxalq tədbirə imza atacağı ərəfədə hazırlıqlar artıq tam gücü ilə davam etməkdədir.
Azercell Telekom 2015 Avropa Oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini təmin edəcəyini böyük qürurla bəyan edir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azercell bu cür irimiqyaslı tədbirin Telekom təminatçısı seçildi. Məhz Azercell oyunların baş tutacağı Olimpiya Stadionu və Milli Gimnastika Arenasının binalarında daxili multioperator sistemi ilə təmin edəcək.
Artıq Milli Gimnastika Arenasında şirkət tərəfindən binadaxili multioperator sistemi quraşdırılıb. Olimpiya Stadionunun da tikintisi başa çatan kimi bu istiqamətdə analoji işlər aparılacaq. Stadionda qurulacaq unikal sistem 80 min abunəçiyə xidmət göstərmək gücündədir. Qeyd edək ki, binadaxili multioperator sistemi ona bir və ya bir neçə operatorun eyni zamanda öz radio baza stansiyasını qoşmağa imkan verir. Qeyd olunan məkanlarda bu sistem Azercell Telekom tərəfindən təmin edildiyinə görə, qeyd olunan məkanlarda digər mobil operatorlar yalnız Azercell-in quraşdırdığı sistem üzərindən çalışacaq. Qeyd edək ki, multioperator sistemi Azərbaycanda ilk olaraq Azercell tərəfindən təqdim olunur.
Ümumiyyətlə, belə sistem Azercell-in də daxil olduğu TeliaSonera məkanında da ilk olaraq Azərbaycan operatoru tərəfindən qurulur. Bu möhtəşəm idman yarışması dövründə Azercell, həmçinin, Olimpiya yolu və olimpiya kəndlərində 20-ə yaxın yeni Radio Baza Stansiyalarını yerləşdirməyi planlaşdırır. Bu da idmançılara yaşayış və məşq etdikləri zonalarda güclü şəbəkədən yararlanmaq imkanını verəcək. Bunlarla yanaşı, oyun iştirakçılarının istifadə etdikləri nəqliyyat vasitələri də güclü şəbəkə ilə təmin olunacaq. Bu məqsədlə Azercell tərəfindən mobil Radio Baza Stansiyalarının quraşdırılması da planlaşdırılır. Bunlardan əlavə, olimpiya oyunları ərəfəsində paytaxt Bakı və regionlar güclü 3G və 4G şəbəkəsi ilə təmin ediləcək.
Qeyd edək ki, 2015 Dünyada qitələr arasında ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Yarışmaya Avropa Olimpiya Hərəkatının 49 üzv ölkəsindən 5400-dən çox nümayəndə qatılacaq. Onlar yüngül atletikadan tutmuş güləş, taekvondo, boks, voleybol, basketbol, çimərlik futbolu, cüdo və s. daxil olmaqla 19 idman növü üzrə yarışacaqlar.
Hər zaman olduğu kimi, qarşıdan gələn 2015 Avropa Oyunları ərzində də "Azercell" ölkə əhalisi və xarici qonaqları kəsintisiz şəbəkə və ən yüksək səviyyəli rabitə xidmətləri ilə təmin edəcək.
Daha ətraflı məlumat üçün: news@mcs.az
trend.az