İsveçrədəki "Hublot" zinət əşyaları və saat şirkəti dünyanın ən bahalı qol saatını satışa çıxarıb.Şirkətin baş icraçı direktoru Jan-Klod Biverin dediyinə görə, 1292 brilyant qaşla bəzədilmiş saatın qiyməti 5 milyon dollardır. Həmin saatda hər biri 3 karatdan artıq 6 brilyant qaş da var.
Bu saatı 17 usta 14 aya hazırlayıb.
Fransanın LVMH konserninin tərkibinə daxil olan "Hublot" şirkəti dünyanın ən bahalı saatını İsveçrənin Bazel şəhərində açılmış "Baselworld Watch & Jewellery Show" şousunda nümayiş etdirib.
Milli.Az