Xəzər Universitetinin mədəniyyət mərkəzində musiqi və incəsənət departamentinin xalçaçı rəssam və rəssamlıq fənlərini bitirmiş tələbələrinin əl işləri sərgisi açılmışdır.
Xəzər Universitetindən bildirmişlər ki, bu ali təhsil ocağının təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, idarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və digər əməkdaşlar tələbələri sərginin açılışı münasibətilə təbrik etmişlər.
Sərgiyə baxış zamanı tələbələrin əl işləri haqqında fikirlər səsləndirilmiş, tövsiyələr verilmişdir.
Tədbir Xəzər Universiteti kamera orkestrinin direktoru Nərgiz Mütəllibovanın ifasında Niyazinin “Arzu” romansı ilə başa çatmışdır.
AzərTAc