Dünyanın ən bahalı gülləri – FOTO
3.7.2014

Süni şəkildə yetişdirilmiş orxideya növü hərracdan 202 min dollara satılıb.

Güllər şübhəsiz ki, təbiətin ən gözəl əsərləridir. Bu, ənənəvi, ümumi qəbul edilmiş diqqət əlaməti, universal bəzək və istənilən bayrama hədiyyədir.

9 ən bahalı gülü sizə təqdim edirik:

9-cu yer: Qortenziya

Asiya, Şimali və Cənubi Amerikada bitir. Qortenziyanın orta qiyməti 6,5 dollardır.

8-ci yer: Qlorioza

Cənubi Afrika və Asiyada bitir, yetərincə nadir və bahalı çiçəkdir. Qiyməti bir ədəd üçün 10 dollardır.

7-ci yer: Rəngli qızılgül

Gül şirkət sahibi hollandiyalı Piter Van de Verkenə məxsus ideyanın texnoloji işləməsinin nəticəsidir. Bir rəngli gülün qiyməti 10 dollardır, 30 güldən ibarət çələng isə 325 dollara başa gəlir.

6-cı yer: Gecələr kralı

Qaraya çalan, bənövşəyi rəngi ilə seçilən Zanbaq növüdür. “Zanbaq xəstəliyi” zamanı bu çiçəyin soğanı üçün qoyun sürüsü belə verən var idi. Bu gün üçün qara Zanbağın soğanının qiyməti 15-20 dollardır.

5-ci yer: Pyer de Ronsar və ya Eden Rouz

Qızılgülün sarmaşan növüdür, onlar dünyada ən gözəl gül statusuna malikdirlər. Eden Rosenin bir gülü 20,5 dollar dəyərindədir.

4-cü yer: Sweet Juliet

İngilis seleksioneri Devid Ostin tərəfindən yetişdirilən qızlgül növüdür. Bu gözəl çiçəyin yaranmasına 15,8 milyon dollar xərc və 15 il əziyyət çəkməli olunub. Sweet Juliet-dən ibarət kiçik gül buketini 150 dollara, bir gülü isə 25 dollara əldə etmək olar.

3-cü yer: Medinilla

Dünyada ən gözəl ekzotik bitki hesab edilir. Bu bitkinin qiyməti 50 dollardan 150 dollara qədərdir.

2-ci yer: Orxideya “Kinabalu altını”

Orxideyanın nadir növüdür, ona yalnız Kinabalu dağında eyni adlı milli parkda, Borneo adasında rast gəlmək mümkündür. “Kinabalu altını”nın bir şitilinə 5-6 min Amerika dolları vermək lazımdır.

1-ci yer: Shenzhen Nongke

Çin seleksionerləri tərəfindən yetişdirilmiş orxideya növüdür, onun yetişdirilməsinə 8 il sərf edilib.
2005-ci ildə Shenzhen Nongke orxideyası hərracda anonim alıcı tərəfindən rekord qiymətə - 202 min dollara alınıb, beləliklə də dünyada nə vaxtsa satın alınan ən bahalı gül statusunu alıb. (topmira.com).

Oxu.az