“Bu yaxınlarda Fransanın “SPOT- 7” yer səthinin müşahidə peyki orbitə çıxarılıb.
Bu Azerkosmosla Fransanın “Airbus Defence and Space” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir”.
Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə,bu peykin idarəçiliyinin “Azerkosmos”ASC-yə verilməsi istiqamətində də danışıqlar aparılır.
Bundan başqa, Ə.Abbasov orbitə çıxarılması planlaşdırılan Azərbaycanın yer səthinin müşahidə peyki üçün tenderin vaxtının bir neçə ay uzadıldığını qeyd edib.
Onun sözlərinə görə, sentyabr ayında peykin orbitə çıxarılması üçün tenderin başa çatması gözlənilir.
Gün.Az