Bu gün ölkə prezidentinin qızı, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın doğum günüdür.
Leyla Əliyeva 1985-ci il iyulun 3-də Moskva şəhərində anadan olub.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri kimi ölkəmizin mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük iş aparır.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 2008-ci il dekabrın 1-də əkiz oğlan uşaqları dünyaya gəlib.
Uşaqlarının adı Mikayıl və Əlidir.
Video
gun.az