Dünyanın ən kiçik məktəbi İtaliyada fəaliyyət göstərir.
Alpett şəhərindəki ibtidai məktəb həqiqətən dünyada ən kiçik hesab oluna bilər. Burada cəmi bir səkkiz yaşlı qız təhsil alır və ona bir müəllimə - 33 yaşlı İzabella Karvelli dərs keçir.
Vəziyyət şəhərin yeganə məktəblisi olan Sofi Violanın valideynlərini qane edir, lakin qızın özü üçün isə bu kədərli haldır. Bəzən o başqa uşaqlar barəsində düşünür.
Növbəti təhsil ilində vəziyyət yaxşı istiqamətdə dəyişəcək. Belə ki, birinci sinifə, yerli baxçadan bir neçə uşaq gələcək.
Gün.Az