330 milyon ağıllı saat satılacaq
3.7.2014

Son iki ildə daşınan qurğular müxtəlif sahənin aparıcı istehsalçılarını özünə cəlb edə bilib. Bununla əlaqədar olaraq, yaxın 5 ildə ağıllı saat, fitnes qolbaqlar və smart-eynək kimi daşınan kompüter qurğularının qlobal tədarükünün 700 milyona çatacağı gözlənilir, bu bazarın pul baxımından həcmi təxminən 50 milyard ABŞ dolları təşkil edəcək. ON World analitik şirkəti belə proqnoz verib.

Analitiklər öz hesabatlarını 1000-dən çox respondentin müsahibə və sorğularının nəticəsinə görə tərtib ediblər.

publika.az