Bakı və Abşeron yarımadasında martın 10-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata
görə, gün ərzində arabir güclənən şimal küləyi əsəcək Havanın
temperaturunun gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı
gözlənilir.
Martın 11-də fasilələrlə yağıntı olacaq, sulu qar, qar yağacağı
gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2
dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 10-da arabir yağıntılı olacağı, sulu
qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti,
dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq
ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Martın 11-də bölgələrdə havanın fasilələrlə yağıntılı olacağı, bəzi
yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz
4-9 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə
şaxta olacağı gözlənilir.