Güləşçimiz FİLA reytinqində birincidir
4.7.2014

Beynəlxalq Güləş Federasiyası (FİLA) təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, sərbəst güləş üzrə reytinq siyahısına 9 pəhləvanımızın adı daxil edilib.

Onlardan Hacı Əliyev birinci, Ruslan Dibirhacıyev ikinci olub.

Siyahını sizə təqdim edirik:
61 kq
1. Hacı Əliyev (1)
7. Əhmədnəbi Qvarzatilov (8)
70 kq
2. Ruslan Dibirhacıyev (2)
74 kq
3. Cəbrayıl Həsənov (4)
86 kq
7. Həmzət Osmanov (12)
97 kq
3. Xetaq Qazyumov (3)
6. Şərif Şərifov (6)
125 kq
4. Əli İsayev (6)
5. Cəmaləddin Məhəmmədov (7)
Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Gün.Az