Amerikanın Noksvill şəhər sakini (Tennessi ştatı) Roy Kokrum cekpotu 259,8 milyon dollar olan məşhur “Powerball” lotoreyasının qalibi olub.
Roy Kokrum pulların ardınca bir neçə həftədən sonra, biletinin udduğunu biləndə gəlib.
Qalib pulun hamısını bir dəfəyə götürdüyü üçün, lotoreyanın şərtlərinə görə, ona 153 mln. dollar verilib. Roy, uduşun hamısını yalnız 30 il ərzində pulu hissə-hissə alacağı təqdirdə əldə edə bilərdi.
Qalib mükafatın böyük hissəsini təsis etməyə hazırlaşdığı teatr və rəqs studiyalarına dəstək fonduna yatırmaq niyyətindədir.
Amerikalı öz xoşbəxt biletini yerli ərzaq mağazasından alıb. Onun sahibi artıq 25 min dollarlıq komissiya pulunu alıb.
“Powerball” ABŞ-ın 43 ştatında oynanılır.
Gün.Az