Dünya Çempionatının finalında hansı məşhur oxuyacaq?
4.7.2014

FİFA 2014 Dünya Çempionatının 13 iyuldakı final mərasimində kolumbiyalı müğənni Şakira çıxış edəcək.

Şakira və braziliyalı musiqiçi Karlionos Braun Rio-De-Janeyro şəhərindəki Marakana stadionunda keçiriləcək final oyunundan əvvəl səhnədə “La la la” mahnısını səsləndirəcək.

Qeyd edək ki, çempionatın açılış mərasimində Jennifer Lopez və Klaudiya Leytte “We are one” mahnısı ilə səhnədə olub.

Gün.Az