50 illik köləlikdən qurtuldu, ağladı - FOTO
7.7.2014

Racunun köləlik həyatı 50 il əvvəl başladı.

50 il idi ki, onu zəncirləmişdilər. Vurur, söyür, bağırır, qul kimi işlədir, alçaldırdılar.
Racu fildir. Doğulduğu gündən bəri azadlığın nə olduğunu bilməyən Racu indi sərbəstdir.
Londonun şimalındakı "Wildlife SOS" təbiəti mühafizə fondu Racunu sahibindən satın alaraq azadlığa buraxıb.

5,5 ton ağırlığı olan nəhəng heyvan Hindistanın Uttar-Pradeş ştatının mərkəzindən 430 km aralıdakı qoruğa aparılıb və orada sərbəstliyə qovuşub.
Racunun azadlığa qovuşması üçün onu 10 baytar və mütəxəssisdən ibarət komanda ayaqlarına vurulmuş zəncirlərdən xilas edib, sonra filə dərmanlar vuraraq onun yaralarını sağaldıblar.

Bundan sonra Racunun yük maşınından endirilərək cəngəlliyə buraxılması ilə 20 meşəbəyi məşğul olub.

Ayağındakı qandallardan və zəncirlərdən qurtulanda, azad olduğunu anlayanda Racu ağlayıb. 

Milli.Az