Bakı-Qazax-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrı-ayrılıqda hərkət edəcək
9.3.2012

İstehsalat zəruriyyəti ilə əlaqədar 16 mart 2012-ci ildən etibarən 662-666/661-665 №-li Bakı-Qazax-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrılaraq 662/661 №-li Bakı-Qazax-Bakı və 666/665 №-li Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarları təyin ediləcək. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

662/661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan 16 mart 2012-ci ildən, Qazaxdan 17 mart 2012-ci ildən təyin edilir. Qatar Bakıdan saat 22:20-də, Qazaxdan saat 19:50-də yola düşəcək, saat 10:00-da Bakıya, saat 11:15-də Qazaxa çatacaq.

666/665 №-li Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı Bakıdan 16 mart 2012-ci ildən, Böyük Kəsikdən 17 mart 2012-ci ildən təyin edilir. Qatar Bakıdan saat 20:10-da, Böyük Kəsikdən saat 18:40-da yola düşəcək, saat 09:30-da Bakıya, saat 10:-20-də Böyük Kəsiyə çatacaq.

Trend