Qoç - kiçik problemlərin və xoşagəlməz
situasiyaların sayı ifrat dərəcəyə çatır. Sürəkli olaraq başqalarının
səhvlərinin fəsadlarını aradan qaldırmaq zərurəti sizi sinirləndirəcək.
Çünki bəzi yaramazlara görə mühüm işlərlə məşğul ola bilmirsiniz.
Maliyyə itkiləri, uğursuz anlaşma istisna deyil.
Sükan arxasında maksimal dərəcədə ehtiyatlı və diqqətli olun.
Sizə
birbaşa dəxli olmayan məsələlərin müzakirəsində iştirak etməməyə
çalışın. Aktiv müdaxilənizə ehtiyac duyulduğunu düşündüyünüz məqamda
başqasının problemlərinin həllinə çalışmayın.
Axşam saatlarını evdə keçirin.
Buğa
- təmkinli, soyuqqanlı, səbrli olun. Çətinliklərin dəf olunması üçün
praktiki davranın. Başqalarının səhvlərini təkrarlamayın, düşünülməmiş
addımlar atmayın. Sizi aldatmaq, yanıltmaq, yalanına hədəf etmək istəyən
insanlar var. İşdə rəhbərliklə mübahisə yarana bilər. Mühüm saydığınız
məsələlərdə geri çəkilməyin, qarşınıza qoyduğunuz məqsədə çatın.
Müsbət emosiyalara ehtiyacınız var. Relaks durumunu gözləyirsiniz.
Axşam saatları köhnə dostlardan biri ilə xoş istirahət üçündür.
Əkizlər
- yaranan situasiyadan və formalaşan şəraitdən asılı olmayaraq
ehtiyatlı davranın. Belə olarsa, ciddi problemlərlə
qarşılaşmayacaqsınız. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə
problemlər yarana bilər. Yaşıdlarla ünsiyyətdə sərt olmayın. Sizə elə
gəlir ki, yanınızdakı insanlar sizinlə aqerssiv davranır, hisslərinizə
toxunurlar.
Günün ikinci yarısında işgüzar aktivliyiniz
azalacaq. Bir qədər nəfəs dərin. Əhəmiyyətli maliyyə məsələlərini
müzakirə etməyə dəyməz.
Zərgərlik əşyaları almayın.
Xərçəng
- məqsədə çatmaq üçün çox səy sərf etməli olacaqsınız. Halbuki çox
önəmli saydığınız bu məqsədi başqa hədəflə də əvəzləmək olardı. Uzaq
durmağınız gərəkən insanları sizə uzun müddətdən bəri göstərən intuisiya
bu gün susur. Fırıldaq və məkrli planın qurbanı olmayın. Şübhəli insana
aldanmayın. Əks təqdirdə maliyyə itkilərinə məruz qalacaq, işdə
problemlərlə üzləşəcəksiniz.
Köç və ya iş yeri dəyişmək üçün
əlverişli zaman deyil. Şəxsi münasibətlərdə təşəbbüs nə qədər az olarsa,
bir o qədər yaxşıdır. Görüş planlaşdırıbsınızsa, ciddi şəkildə
hazırlaşın. Nəyə qabir olduğunuzu əla bilən insanlar belə, bu gün sizi
zahiri görünüşə, anturaja görə qarşılayırlar.
Şir -
işgüzar məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Hədəf və
məqsədləri konkretləşdirin. Mühüm, müstəqil və önəmli işlə bağlı
müstəqil qərar verin. Kimsədən asılı olmağa can atmayın. İşdə
rəhbərliklə fikir ayrılıqları, mübahisələr yarana bilər. Nüfuzlu
insanlarla münasibətləri korlamayın.
Yaxınlarınızın yardıma
ehtiyacı olarsa, köməyinizi əsirgəməyin. Yaşam potensialının səviyyəsi
yüksək olmayacaq. Ağır fiziki işi azaldın.
Planlarda dəyişikliklər etmək olar.
Qız -
qarşınıza qoyduğunuz məqsədlərə doğru qətiyyətlə irəliləyin. Məntiqlə,
təmkinlə davranın. Yaxın ətrafınızdakı insanların çoxsaylı
məsləhətlərinə uyğun hərəkət etsəniz, çaş-baş qalacaqsınız.
Çətin situasiya yarananda müstəqil hərəkət etməyə başlasanız, dostlar və tanışlar yardım edəcəklər.
Yeni
tanışlıqlar, romantik münasibətlər üçün münasib zaman deyil.
Yaxınlarınızla bağlı nigaranlıq və şübhələr yarana bilər. Münasibətlər
gərginləşəcək, qarşılıqlı iradlar tükənmək bilməyəcək.
Tərəzi
- adi günlərlə müqayisədə daha inadkar olmayın. Aqressiv davranmayın,
hisslərinizə hakim olun. Çoxsaylı münaqişə, problemlər və mübahisələrdə
təmkinli davranın. İşdə kiçik bir məsələyə görə rəhbərliklə mübahisənin
ciddi fəsadları ola bilər. Şəxsi münasibətlərdə yeniliklər üçün münasib
gün deyil.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri
güclənəcək. Özünüzü rahat, əmin hiss edin. Çoxdan bəri sizi narahat edən
problemi həll etmək üçün yaranmış şansı əldən verməyin. Bizneslə bağlı
yaxşı ideyalar yarana bilər.
Əqrəb -
böyük anlaşmalar, habelə daşınmaz əmlakla bağlı sövdələşmələr üçün
əlverişli gündür. Uzaqdakı tərəfdaşlardan biri ilə müzakirələr pis
keçməyəcək. Səfər və ya səyahətə zərurət yaranarsa, diqqətlə hazırlaşın.
Maliyyə fonu uğurludur. Pullarınızın qədrini bilin, bədxərclik etməyin.
Problemlərin
həlli ilə aktiv, enerjili şəkildə məşğul olun. Yaxın ətrafınızdakı
insanların mövqelərini nəzərə alın. Onlar sizi çox inadkar, yalnız öz
maraqlarını düşünən insan sayırlar.
Oxatan
- çətin, laübəli, qarışıq gündür. İşlər çoxdur və onlar diqqət tələb
edir. Bütün işləri eyni vaxtda görmək mümkün deyil. Müxtəlif
söhbətlərdə, çeşidli müzakirələrdə diqqətli olun. Fəaliyyətinizdə kobud
səhvlərə yol verməyin. İşdə həmkarlardan biri ilə ciddi fikir
ayrılıqları ola bilər.
Yaşamınızda nəyisə köklü şəkildə
dəyişməyə dəyməz. Can atdığınız məqsədə bu gün çatmayacaqsınız. Bir sıra
mühüm amilləri qulaqardına vurmayın. Görəcəyiniz işdə detallar önəmli
rol oynayır.
Oğlaq - kiçik
məsələlərə, xırda olaylara görə əhvalınızı korlamayın. Mənfi
emosiyalarınıza hakim olun. Ciddi mübahisə, qarşıdurma, hətta münaqişə
riski az deyil Dostlar, həmkarlar və yaxın ətrafınızdakı insanlara onlar
barədə düşündüklərinizi deməyin. İşdə diqqətli, səbrli olun.
Karyeranızı korlamayın.
Saatlar keçdikcə müsbət təmayüllərin
təsiri güclənəcək. Axşam saatlarında durum çox yaxşı olacaq. Dəyər
verdiyiniz insanlarla münasibətləri tam normal vəziyyətə gətirin.
Romantik görüşə yollanmaq və ya hisslərinizi etiraf etmək olar.
Dolça
- diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanların sizdən
danışmaları üçün səy göstərməsəniz də, belədir. Paxıllığınızı çəkən var.
Narahat olmayın, həmin insan sizə zərər vurmağa çalışmayacaq. İşgüzar
tərəfdaşlarla danışıqlar və müzakirələr üçün əlverişli zamandır.
Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanın yardımlarından
faydalana bilərsiniz.
Anlaşma, sövdələşmə, alış-veriş üçün
uğurlu gündür. Maliyyə məsələlərini həll etmək olar. Bir dəfə sizi
aldadan və ya yarı yolda qoyan insanlardan uzaq olun.
Balıqlar
- peşəkar fəaliyyət müstəvisindəki məsələləri təxirə salmadan həll
etməyə çalışın. Planlaşdırılan məsələlərlə yanaşı, spontan yaranan
problemləri çözmək gərəkdir. İşgüzar danışıqlar aparmaq üçün əlverişli
zamandır. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Yeni
tanışlıqlar istisna deyil. Bu gün başlayacaq istənilən münasibətlərdə
lider olmağa can atın. Kimsənin sizə mane olmasına imkan verməyin. Bilik
və bacarıqlarınızı artırın, Təcrübənizi daha səbatlı edin. Aldığınız
məlumatlar karınıza gələcək.
Milli.Az