Hollivud aktrisası Ancelina Coli və həyat yoldaşı Bred Pitt Maltada məhəbbət haqqında film çəkəcək.
Cütlük iyunda səyahət etdikləri ölkəyə bu dəfə film çəkmək üçün yollanmağı düşünürlər.
Maltanın baş naziri Cozef Muskat “UsWeekly” nəşrinə müsahibəsində bildirib ki, dünya ulduzlarının film çəkmək üçün Maltaya getməsi birinci dəfə deyil:
“Mən xoşbəxtəm ki, Hollivud prodüserləri öz layihələrini reallaşdırmaq üçün Maltanı seçirlər və biz ulduzlara hər zaman kömək etməyə hazırıq. Bu, Ancelina Coli və Bred Pitt üçün də keçərlidir”.
Filmin çəkilişlərinin 8 həftə ərzində baş tutacağı deyilir. Bu vaxt ərzində cütlüyün 7 uşağı da onlarla birgə olacaq.
Filmin əsasında Ancelina Colinin qələmə aldığı məhəbbət tarixi dayanır. Coli bildirib ki, bu, onlar üçün bir sınaq olacaq:
“Biz müstəqil şəkildə kino çəkəcəyik. Özümüz də filmin qəhrəmanları olacağıq”.
Gün.Az