Azərbaycan XX ənənəvi Dunay mahnı və rəqs festivalında - FOTO
8.7.2014

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilmişdir. 10-dan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilən festivalda Azərbaycan fəxri qonaq statusunda dəvət almışdır.

 
Azərbaycanı bu populyar mədəniyyət bayramında təmsil etmiş Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirmiş, habelə folklor nümunələrinin təqdimatını həyata keçirmişdir. Festival zamanı ayrıca "Azərbaycan musiqisi gecəsi" təşkil edilmişdir.
 
Minlərlə musiqisevərin iştirakı ilə keçirilən festivalda Azərbaycan təmsilçiləri öz fəallığı ilə seçilmiş, onların iştirakını eyni anda 3 minə yaxın insan izləmişdir. Kaloca şəhərinin meri Ferents Terek ölkəmizin "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblına şəxsən öz təşəkkürünü bildirmiş, nümayiş etdirilən Azərbaycan rəqslərinin izləyiciləri valeh etdiyini demişdir.


Читать полностью:  http://news.day.az/society/504491.html


Day.az