Günel İbrahim Tatlısəsin oğlu ilə iftar açıb – Foto
8.7.2014

Türkiyədə yaşayan müğənni, Azəri qızı kimi tanınan Günel Zeynalova ötən gün İbrahim Tatlısəsin oğlu İdonun və keçmiş sevgilisi Dərya Tunanın restoranında qonaq olub.

Sənətçi bacısı və nişanlısı ilə birlikdə qonaq getdiyi məkanda orucunu açıb. Birlikdə iftar edən məşhurlar fotolarını İnstaqramda paylaşıblar.

Qeyd edək ki, Günelin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb.







Gün.Az