Əlillərin pənah yeri olan 11 yaşlı uşaq - Foto
8.7.2014

Sıradan bir Amerika vətəndaşı olan 11 yaşlı Zеk Freynkom əslində insanlıq nümunəsi göstərən çox fərqli bir uşaqdır.

Zеk məktəbdə verilən layihədən sonra ağlına gələn fikir sayəsində sadəcə olaraq limonad və peçenye sataraq inkişaf etməkdə olan ölkələrdə əlil uşaqlara araba alır.

Hələ 6 yaşında ağlına gələn və ailəsi tərəfindən dəstəklənən layihə sayəsində Zek 4 ildir satdığı limonadlardan əldə etdiyi pullar ilə ehtiyacı olan insanlara 332 ədəd əlil arabası bağışlayıb.

Zek bu işə başlayarkən, “əgər mən də yeriyə, qaça, velosipedimi sürə bilməsəydim necə olardı?” deyə düşünüb, bu yaşında özünü onların yerinə qoyaraq bir qərar verib.

Hazırda 11 yaşı olan bu uşaq ən böyük arzularından birinin dünyanı gəzərək əlil arabasına ehtiyacı olan bütün insanlara yardım etmək olduğunu bildirib.



Gün.Az