Şevarnadzenin vəfatı prezident İlham Əliyevi dərindən sarsıdıb
8.7.2014

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadzenin vəfat etməsi ilə əlaqədar mərhumun oğlu Paata Eduardoviçə başsağlığı məktubu ünvanlayıb.
Cənab prezident məktubunda bildirib:

“Hörmətli Paata Eduardoviç, sizin atanız, Azərbaycan xalqının böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfat etməsi xəbəri məni dərindən sarsıtdı. Bütün dünyada haqlı hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Gürcüstana fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişib.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaq.

Sizin və bütün ailəniz üçün bu ağır anda öz adımdan və bütün ailəmiz adından sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük. Bu ağır və əvəzsiz itki ilə əlaqədar kədərinizə və dərdinizə ürəkdən şərik oluruq”.

Gün.Az