Qoç - yeni tərəfdaşlarla əməkdaşlığa başlamaqla
yanaşı, mövcud işgüzar münasibətləri möhkəmləndirin. Birgə layihələr
uğur vəd edir. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
İdeyaların reallaşdırılması üçün ehtiyac yaranarsa, ənənəvi qaydaları
darmadağın edin. Fəsadlardan və nəticələrdən qorxmayın.
Gününi ikinci yarısında yaxınlarınıza yardım edin. Bunun üçün planlaşdırılmış işlər, səfər və ya istirahətdən imtina etmək olar.
Buğa
- çox işlərin öhdəsindən gələcəksiniz. Məqsədə aparan yolda çoxsaylı
sədlərlə maneələrin yaranmasına hazır olun. Bu problemlər yalnız ilk
baxışdan həlli mümkünsüz sayıla bilər. Təslim olmayın, geri çəkilməyin.
İnadkar olun, potensialınıza və bacarıqlarınıza güvənin. Peşəkar
fəaliyyət sahəsində irəliləyişə nail olacaqsınız.
Maliyyə məsələləri ilə bağlı istənilən riskdən uzaq durun.
Şəxsi
münasibətlərdə köklü, əhəmiyyətli dəyişiliklər zamanı deyil.
Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa, uzaq gələcəklə bağlı
məsələləri müzakirə etməyə cəhd göstərməyin.
Dəvət aldığınız yerdə özünüzü narahat hiss edəcəksiniz.
Əkizlər
- diqqətə layiq olmayan, mənasız işlərlə söhbətlərə çox vaxt ayırmayın.
Başqasının fikirlərini anlamağa, dediklərini dinləməyə çalışın. Uzun
müddətdən bəri hazırladığınız planları kiminsə xoşuna gəlmədiyi üçün
dəyişməyin, təxirə salmayın.
Yeni məlumatlar çoxdur, amma
əksəriyyəti yanlışdır. İstənilən informasiyanı diqqətli şəkildə yoxlamaq
lazımdır. Şayiələr və dedi-qodu nüfuzunuza zərbə vuraraq mövqelərinizi
zəiflədə bilər.
Alış-verişdə bədxərclik etməyin.
Xərçəng
- emosiyaların əsirinə çevrilərək hisslərinizi cilovlaya bilməsəniz,
kobud səhvlərə yol verəcəksiniz. Situasiyadan asılı olaraq qərar qəbul
edin. Təcrübəli manipulyatorlar sizin təşəxxüs və eqoizminizdən
yararlanmağa çalışacaqlar. Yalnız bu adamların maraqlarında olan
addımlar atmayın.
Etibar edə biləcəyiniz insanı müəyyənləşdirin.
İntuisiya susacaq.
Uzun
müddətdən bəri üzərindən sükutla keçdiyiniz, unutmağa çalışdığınız
ixtilaflar və münaqişələr yenidən gündəmə gəlir. Bu səbəbdən də yaxın
insanlarla münaqişə yaratmayın.
Şir
- əsla maraqlanmadığınız işlərlə məşğul olmaq zərurəti yaranıb. Yaxşı
tanımadığınız insanlarla münaqişələr istisna deyil. Alış-veriş,
aksiyalara qatılmaq məsləhət deyil. Yaxın keçmişdəki olayları analiz
etmək olar.
Dürüst nəticələr çıxarın, səhvləri təkrarlamayın.
Sevdiyiniz insan sizi sevindirəcək. Xoş sürprizlər olacaq. Pulunuzu mənasız nəsnələrə xərcləməyin.
Qız
- yeni işləri və layihələri təxirə salmaq gərəkdir. Həmin işləri başa
çatdırmaq asan olmayacaq. Şərtlər də əlverişli deyil. Hesablamalarda
kobud səhvlər maliyyə itkilərinə səbəb ola bilər. Fırıldaqçıların şirin
vədlərinə aldanaraq onların məkrli planlarına hədəf olmayın. İşlə bağlı
önəmli qərarlar qəbul etməyə dəyməz.
Günün ikinci yarısında
enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli
olaraq daha tez yorulacaqsınız. Səhhətinizdə problemlər yarana bilər.
Allergik reaksiyalar və qida zəhərlənməsi riski artır.
Plandaşdırılmamış, uzaq səfərə yollanmağa dəyməz.
Tərəzi
- problemlər az deyil. Lakin onları düşündüyünüzdən də sürətlə həll
eləmək olar. Planlaşdırılan işlərin öhdəsindən qısa müddətdə
gələcəksiniz. Amma işlərin sayı artacaq. Narahat olmayın, işləri
yarımçıq qoymayın.
İşgüzar danışıqlarda diqqətli olun,
mövqelərinizdən geri çəkilərək maraqlarınızı güzəştə getməyin.
Karyeranızda irəliləyə bilərsiniz.
Dostlarla görüşlər pis
keçməyəcək. Dəvət aldığınız tədbirə qatılın. Sevdiyiniz insan sizi
tənqid edəcək. Sərt danışsa belə, ondan inciməyin.
Əqrəb
- həddən artıq ehtiyatlı olun. Uğursuz, çətin, mürəkkəb gündür.
Bədxahlar sizə qarşı təxribat hazırlayırlar. Onlar səhvə yol
verəcəyinizi gözləyir, maraqlarını təmin etmək üçün yanlışlığa yol
verməyinizdən faydalanmaq istəyirlər. Təmaslarla ünsiyyətləri
məhdudlaşdırın. Etibarına şübhə etmədiyiniz insanlarla əlaqələrdə aktiv
olun.
İstirahət və ya əyləncə ilə bağlı fikirləri təxirə
salın. Mühüm işlərdən bəzilərini inandığınız insanlara həvalə etmək
olar. Əks təqdirdə məhsuldar çalışmaq şanslarından yararlana
bilməyəcəksiniz.
Nəzərdə tutulmamış səfər, xoşagəlməz görüş istisna deyil.
Oxatan
- günün ilk yarısında kobud səhvlərə yol verərək yanlış qərarlar qəbul
etməyin. Dürüst istiqamətdə hərəkət etmədiyinizi gec anlamayın.
Səhvlərin fəsadlarını aradan qaldırmaq imkanları mövcuddur. Yaxın
ətrafınızdakı insanlara diqqətlə baxın. Müttəfiqiniz olduğunu deyən
insanların çoxu belə şəxslər deyillər.
Günün ikinci yarısında
müsbət təmayüllərin təsiri güclənəcək. Vaxt pis keçməyəcək. Peşəkar
fəaliyyət müstəvisindəki fikir ayrılıqlarının və ailədəki problemlərin
həlli, mühüm məsələlərin çözülməsi üçün münasib zamandır.
Oğlaq
- günün ilk yarısı xoşagəlməz fikirlər, narahatlıq, təlaş və əndişə
zamanıdır. Ruhdan düşməyin, nikbin olun. Nöqsanlara və problemlərə
rəğmən uğur əldə edə bilərsiniz. Uzun zamandan bəri başa vurmağa
çalışdığınız işi bitirə bilərsiniz. Çoxsaylı kiçik məsələləri çözün.
Diqqətli və sayıq olun, sərvaxt davranın.
Yolda ehtiyatı əldən verməyin. Maliyyə çətinlikləri istisna deyil.
Dolça
- günün ilk yarısı çətin məsələlərin həlli üçün əlverişli zamandır.
Problemlər artmayacaq. Soyuqqanlı və təmkinli davranın. Rəqiblərlə
müqayisədə daha qətiyyətli, iradəli və əzmkar olsanız, qarşınıza
qoyduğunuz məqsədlərə çata biləcəksiniz. Saatlar keçdikcə durum
kəskinləşə bilər. Tərəfdaşlarla dil tapmaq çətinləşir.
Aqressiv davranış işlərinizin gedişatına çox pis təsir edə bilər.
Gizli
saxlamağa çalışdığınız informasiya yayıla bilər. Sirlərinizi faş etməyə
çalışan insan var. Planlaşdırılmamış səfərlər pis alınacaq, nəzərdə
tutulandan da artıq vaxt sərf olunacaq.
Balıqlar
- işlər çoxdur. Astagəllik, tənbəllik etməyin. Danışıqlar və
toplantılar, müzakirələr çox vaxt ala bilər. Yaxın ətrafınızdakı
insanlara mövqelərinizi başa salın. Haqlı olduğunuzu düşündüyünüz
məqamlarda əsla geri çəkilməyin. Sizi ruhlandıracaq insan tapılacaq.
Yeni müttəfiq və tanışlar tapa bilərsiniz.
Əks cins mənsubları diqqətinizi cəlb etməyə çalışır. Qohumlarla təmaslarda səmimi, qayğıkeş olun.
Milli.Az