Britaniya əyalətlərinə turne çərçivəsində Leyçester şəhərində möhtəşəm tədbir keçirilib.
“Almaz yubiley”ini qeyd edən Britaniya kraliçası II Yelizaveta Britaniya
turu çərçivəsində İngiltərənin Leyçester şəhərinə səfər edib.
Kraliça həyat yoldaşı Filip, Edinburq Hersoqu və yeni gəlini Keyt
tərəfindən müşayiət olunub. De Montfort Universitetinə baş çəkdikdən və
Leyçester Kilsəsində keçirilən dini ayini yerinə yetirdikdən sonra
Kraliça Müqəddəs Martinin Evində 162 möhtərəm qonağın qatıldığı kraliça
qonaqlığında iştirak edib.
Tədbirlər bununla yekunlaşmayıb. "Royal Parti" adli tədbiri də yola
verən kraliça, Leyçester şəhər meydanında təşkil olunmuş möhtəşəm açıq
şənliyə qatılıb. II Yelizavetanı gözlərilə görməyə xeyli insan toplaşıb.
Ancpress