Braziliyada keçirilən XX dünya çempionatının yarımfinalında ev sahiblərinin Almaniya qarşısında böyük hesablı məğlubiyyəti ölkədə sözün əsl mənasında şok yaradıb.
Ölkə prezidenti xanım Dilma Rusef (Dilma Vana Rousseff) 1:7 hesablı ağır məğlubiyyətdən sonra özünün “Twitter” səhifəsində qısa açıqlama ilə çıxış edib: “Bütün braziliyalılar kimi, mən də həddən artıq üzgünəm. Azarkeşlər, oyunçular, hamımızın adından fövqəladə dərəcədə üzüntü duyuram”.
Tarixi matç zamanı stadionun tribunalarında, eləcə də Braziliyanın müxtəlif şəhərlərində oyunu izləyən braziliyalıların keçirdiyi şok və kədər hissini əks etdirən fotosessiyanı təqdim edirik.
APA