Bakı-Cenevrə aviareysi açılır
9.7.2014

11 iyuldan etibarən Bakı-Cenevrə birbaşa aviareysi açılacaq.

Bu barədə Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı məlumat verib.

Səfir bildirib ki, uçuşlar hər həftənin cümə və bazar günləri həyata keçiriləcək.

Bildirək ki, bu istiqamətdə uçuşları Azərbaycan Hava Yolları (AZAL) gerçəkləşdirəcək.

gun.az