“Xanuma” 141-ci teatr mövsümünün sonuncu tamaşası olacaq.
Akademik Milli Dram Teatrı bu gün "Xanuma" tamaşası ilə 141-ci teatr mövsümünü bağlayacaq.
Teatrdan verilən məlumata görə, 2013-2014-cü illər teatr mövsümü ərzində biri dövlət sifarişi üsulu ilə, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşa hazırlanıb. Mövsümün son tamaşası Avksenti Saqarelinin "Xanuma" pyesi əsasında hazırlanıb. Eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.
axar.az