Nazirlik işçiləri üçün kredit fazilərində endirim
9.7.2014

“TuranBank” Xarici İşlər Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 9, 10 və 11 iyul tarixlərində onlar üçün Bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan verilən məlumata görə, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

“TuranBank” müştərilərə müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Gün.Az