Qoç - yaxşı və rahat gündür. Pozitiv emosiyaların
sayı az olmayacaq. Lakin problemlər də yox deyil. Diqqətsiz davransanız,
yanlış qərarınızın fəsadlarını görəcəksiniz. Alış-verişdə orijinal,
ekstravaqant əşyalar alıb sonra həmin nəsnələrlə nə etməyi düşünməyin.
Fikrinə
və mövqeyinə xüsusi önəm verdiyiniz insanla münaqişə yaratmayın.
Həmsöhbətinizi düşünmədən hər sözü deməyin. Yaşlı qohumlarla münaqişələr
istisna deyil.
Buğa - qəfil,
gözlənilməz hadisələrlə dolu gündür. Yaşananlar sizi təlaşlandırmasın,
narahat etməsin. Situasiyada dürüst yönü tezliklə aşkarlamağa çalışın.
Bəzi hadisələr yaxınlarınızı çaş-baş qoya bilər. Yaxın ətrafınızdakı
insanları sakitləşdirin, problemlərin həll yollarını göstərin.
Maliyyə məsələləri ilə qərar qəbul etmək, biznesə pul yatırmaq olar.
Dostluq,
romantik və ya işgüzar olmasından bilaixtiyar yeni münasibətlərin
qeyri-adi formata düşəcəyinə şübhə etməyin. Zərərli vərdişlərdən
qurtulmaq olar. Bu, düşündüyünüz qədər çətin deyil.
Əkizlər
- səbəbsiz gözləntilər və boş ümidlərə qapılmayın. Çox pul
qazanacağınızı düşünüərək avantüraya qatılmayın. Riskli işlər yeni
problemlər yarada bilər. Məqsədə çatmaq üçün aktiv çalışın, maneələri
dəf etməyə çalışın. Vurnuxmayın, soyuqqanlı və təmkinli davranın.
Sevdiyiniz
insanın məsləhətlərini dinləyin. Deyilən sözləri qulaqardına vurmayın.
Yalnız özünüzü düşündüyünüzü göstərərək yaxın ətrafınızdakı insanları
incik salmayın.
Xərçəng -
birmənalı olmayan gündür. Günün ilk yarısında işlərdə ciddi problemlər
yaranacaq. Uğursuzluqlar bir-birlərini əvəzləyəcək. Amma ruhdan
düşməyin, bədbinliyə qapılmayın. Aktiv olun, müvəqqəti çətinliklər
qarşısında geri çəkilməyin.
Tələsməyin, bir qədər gözləyin. Situasiyada köklü dəyişikliklər olacaq. Müsbət təmayüllərin təsir gücü artır.
Günün
ikinci yarısı qısamüddətli səfər və ya səyahət üçün əlverişlidir.
İşgüzar danışıqlar aparmaq olar. Yeni münasibətlər başlanacaq. Axşam
saatlarını qohumlarla keçirin, onlarla ünsiyyətdə qayğıkeş və səmimi
olun.
Şir - görüləsi işlər
çoxdur. Adi günlərdən fərqli olaraq daha çox çalışmalı olacaqsınız. İşdə
həmkarlar və rəhbərliklə münasibətləri rəvan saxlayın. Nüfuzlu və
hadisələrə təsir imkanlarına malik hami tapa bilərsiniz. Birgə
çalışdığınız insanlarla dil tapın.
Yaxşı tanımadığınız insanlara inanmayın.
Yaşam
potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər
yaranmayacaq. Xroniki ağrıların kəskinləşmə ehtimalı azdır. Enerjinizi
yanlış məcraya yönəltməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Qız -
ehtiyatlı davransanız, gün itkilərsiz olacaq. Sükan arxasında çox vaxt
keçirməyin. Mürəkkəb avadanlıq və alətlərlə çalışarkən sərvaxt olun.
Sınanmış insanlarla tərəfdaşlıq daha məhsuldar ola bilər. Yeni tanışlıq
ehtimalı azdır. Köhnə dostlar özlərini xatırladacaqlar.
Günün
ikinci yarısı bilik və bacarıqların artırılması, faydalı təcrübənin əxz
edilməsi üçün əlverişli zamandır. Yeni maraqlarınız qarşınızda fərqli
perspektivlər yaradacaq. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş
istisna deyil.
Tərəzi - yeni
layihəyə başlamaq, yarımçıq qalmış işi başa vurmaq üçün əlverişli
zamandır. Məqsədə çatmaq üçün diqqəti cəlb edin, müttəfiq və ya
tərəfdaşların sayını artırın. Sürətli, çevik davransanız, ən ambisioz
planları reallaşdırmaq olar.
Günün ikinci yarısında
intuisiyanız kəskin olmalıdır. Parlaq ideyalar, çoxdankı problemlərin
orijinal həll zamanıdır. Yaxın ətrafınızdakı insanların gerçək
niyyətlərindən xəbər tutmağa çalışın.
Əqrəb
- günün ilk yarısı qarışıq zamandır. Problemlərin sayı artacaq. Bir
sıra məsələlərin həllinə can atsanız da, çözümü ertələmək gərəkdir.
Bütün bunlar əhvalınızı korlayacaq. İşgüzar danışıqlar uzanır.
Əsəbiləşərək səhvlərə yol verməyin.
Yaxınlarınızın
nöqsanlarını fəlakət kimi qəbul etməyin. Sizin də səhvləriniz və
çatışmazlıqlarınız var. Daşınmaz əmlak almaq, köç, evi kirayəyə vermək
və ya tam əksinə, kirayə ev aramaq üçün əlverişli zaman deyil.
Oxatan
- təfərrüatlarını və ən başlıcası, necə yerinə yetirmək gərəkdiyini
anlamadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. İlk əvvəl
çətin olsa da, sonra proses maraqlı olacaq. Uğurlar da gecikməyəcək. İş
bəxtdə, fatumda deyil.
Çətin situasiyada çaş-baş qalmayın.
Qohumlarla
ünsiyyət, ailədəki fikir ayrılıqlarının nizamlanması üçün əlverişli
zamandır. Bu günədək sizinlə dil tapmayan insanla münasibətləri
normallaşdıra bilərsiniz.
Oğlaq
- sakit olun, soyuqqanlı və təmkinli davranın. Günü istədiyiniz kimi
keçirə bilərsiniz. Emosiyaların təsiri altına düşməyin. Narazılığınızı
aşkar izhar etməyiniz səhv olardı. Belə davranışın çoxsaylı mənfi
fəsadları ola bilər. İşgüzar danışıqlar uğurlu deyil. Ciddi güzəştlərə
getməli olacaqsınız.
Maliyyə itkiləri istisna deyil. Səfərə
və ya səyahətə yollanırsınızsa, bilin ki, yol çox vaxt aparacaq. Sənəd
itkisi, nəqliyyat vasitəsində nasazlıq ola bilər. Yaxınlarınızla
ünsiyyətdə diqqətli olun. Hamı üçün mühüm olan məsələni müzakirə etmək
asan deyil. Ortaq məxrəcə gəlmək çətindir.
Dolça -
çətin, yorucu, usandırıcı gündür. Ən sadə məsələlərin həlli adi
günlərdən fərqli olaraq çox vaxt alacaq. Peşəkar fəaliyyət sahəsində və
şəxsi münasibətlərdə çətinliklər yarana bilər. Rəğbət bəslədiyiniz
insanlarla münasibətləri korlamayın.
İşdə rəhbərliyin xoşuna gəlməyə, nüfuzlu şəxslə münasibətləri daha da aktivləşdirməyə can atmayın.
Kommersiya
fəaliyyəti ilə məşğul olmaq məsləhət deyil. Anlaşma və sövdələşmələrdə
maksimal dərəcədə diqqətli olun. Alış-verişdə əsla gərək olmayan nəsnəyə
pul xərcləməyin.
Balıqlar -
yolunuzda yaranan maneələr və sədləri dəf etmək asan deyil. Peşəkar
fəaliyyət müstəvisində problemlər yaranacaq. Həmin çətinliklərin
əksəriyyətini əvvəlcədən təxmin etmək mümkündür. İşdə rəhbərliklə dil
tapmaq çətindir. Rəhbər qadındırsa, vəziyyət lap ağırdır.
Axşam
saatlarında bir müddət tək qalın. İstirahət edin, qüvvələrinizi bərpa
edin. Hətta ən yaxın insanlarla ünsiyyət belə, sizi usandıra bilər.
Normal dincəlin.
Milli.Az