Dünyanın məşhur ulduzları ilə eyni festivalda səhnəyə çıxacaq Tarkan yenə fərqli olduğunu nümayiş etdirib.
Belə ki, meqastarın konsertini izləmək Lana Del Rey və Brayan Adamsın konsertinə getməkdən daha baha başa gələcək.
Monakonun Monte Karlo şəhərində 40 ildir keçirilən “Summer Festival”ın bağlanış konserti Tarkana həvalə edilib.
Monako şəhzadəsi II Albertin şəxsi istəyi ilə festivalın səhnəsində çıxış edəcək ilk türk müğənnisinin biletlərinin qiyməti 220 avro məbləğində müəyyən edilib. Halbuki, festivalın açılışını edən Lana Del Reyin biletləri 190 avro, Liza Minnellininki 190 avro, Markus Millerin 90 avro və Brayan Adams ilə Çipsi Kingsin biletləri 170 aroya satılıb.
Gün.Az