Fevralın 11-də naməlum səbəbdən 48 yaşında vəfat etmiş pop kraliçası Uitni Hyustonun vəsiyyətnaməsi açıqlanıb.
Məşhur müğənni bütün var-dövlətini yeganə qızı 19 yaşlı Bobbi Kristinaya vəsiyyət edib. Qızın 21 yaşı tamam olanadək varidatının pul hissəsi trast fondunda saxlanacaq.
Xatırladaq ki, Uitni Hyuston ötən ay Los-Anceles şəhərinin "Beverli Hilton" otelində ölü tapılmışdı. Onun ölümünün dəqiq səbəbləri tibbi ekspertizanın nəticələri hazır olduqda məlum olacaq.