Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən çağırışçılar üçün ixtisas kursları bərpa olunacaq.
«Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC yaxın günlərdə keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğv olunmuş kurslarını yenidən bərpa edəcək. Artıq Nazirlər Kabineti tərəfindən kursların siyahısı təsdiq olunub.
Snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kurslar üzrə komplektləşdirmələrə başlanılıb.
APA