Azərbaycan prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə IV qrant müsabiqəsinin qaliblərindən biri olmuş “Gənc arxeoloq” adlı elektron jurnal yaradılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, jurnal Azərbaycan gəncliyini Arxeologiya elmində baş verən yeniliklər barədə elmi-kütləvi dildə məlumatlandırmaq, ölkəmizdə gənclərin elmə olan marağını artırmaq məqsədini daşıyır.
Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun kiçik elmi işçisi Ceyhun Əliyevdir.
Elektron jurnalın səhifələrində oxucular Azərbaycanın arxeoloji materialları, yeni tapıntıları ilə yanaşı dünya arxeologiyasının yenilikləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.
Layihənin təşkilati dəstəyi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutudur. Yaxın zamanlarda elektron jurnalın rəsmi təqdimatı keçiriləcək.
Elektron jurnal www.gencarxeoloq.com ünvanında fəaliyyət göstərir.
APA