Bakıda Xorvatiyanın fəxri konsulluğu açılacaq
12.3.2012

Martın 13-də Bakıda Xorvatiyanın fəxri konsulluğunun açılışı keçiriləcək. Açılışa Xorvatiya prezidenti İvo Yosipoviç də qatılacaq.
Qeyd edək ki, bu gün İ. Yosipoviçin Azərbaycana rəsmi səfəri başlayıb. O, Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycan-Xorvatiya biznes-forumunda iştirak edəcək. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanacaq.

                                                                                                                                           APA