Axtarış
Başqa şəhərlərdə
Kanadada ilanlar kütləvi köç edib. Narcisse İlan Mağarasında çəkilən görüntülər insanları dəhşətə gətirir. Minlərlə ilanın birgə köçü sanki qorxu filmlərinə bənzəyir. Nə qədər qorxulu görünməyinə baxmayaraq bəzi turistlər bu mənzərini izləmək üçün mağaraya axın edir. Qışda yerin altındakı mağaralarda qış yuxusuna gedən ilanlar yazın gəlməsi ilə yuvalarından çıxıb ətrafdakı bataqlıqlara yönəlirlər. Narcissedə olan ilanların sayı 1999-ci ilə qədər 70 min ətrafında olub. Ancaq sonradan iqlim dəyişiklikləri on minlərlə ilanın ölməsinə səbəb olub. Eyni zamanda ilanların köç yolu üzərində olan avtomobil yolu da hər il minlərlə ilanın ölümünə səbəb olur. İlanların sayındakı bu sürətli azalmadan sonra alınan tədbirlərlə ilanların həyatını qorunmağa çalışılır.VIDEO ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.