Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin
yenidənqurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib.
“Azəryolservis “ASC-nin mətbuat xidmətindən verilən məlumata
görə, uzunluğu 1,5 km təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6
hərəkət zolağı inşa edilir.
Layıhə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2
avtobus dayanacağı, hər tərəfdə eni 1 m. olan səkilər və eni 1 m. olan
ayrıcı zolaqda işıqlandırma sistemi quraşdırılacaq. Ötən müddətdə
kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, Sulutəpə-Biləcəri
istiqamətində 3 qat, Biləcəri-Sulutəpə hissəsində isə 2 qat asfalt-beton
örtük döşənməsi başa çatıb.
Hazırda Biləcəri-Sulutəpə hissəsində asfalt-beton örtüyünün 3-cü qatının
vurulmasına hazırlıq işləri gedir. Sulutəpə-Biləcəri hissəsi
nəqliyyatın hərəkəti üçün açıq olan yolun yaxın vaxtlarda bütün
zolaqlarının istismara verilməsi gözlənilir.
Yolun müasir üslubda yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən
Bakı şəhərinə, eyni zamanda Lökbatan-Xocasən istiqamətində hərəkət edən
nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını
asanlaşdıracaq.

ANS PRESS