Avropalı qız mahnımızı oxudu, internetdə şöhrət qazandı - VİDEO
11.7.2014

"Eurovision-2013" mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Fərid Məmmədovun ifa etdiyi "Hold me" mahnısı hələ də Avropada populyarlığını qoruyur.

“Eurovision-2013” mahnı müsabiqəsində ikinci yeri tutan Fərid Məmmədovun mahnısı dünyada uğurlar əldə etməklə yanaşı, fanatlarının dilindən düşmür.

Bu yaxınlarda isə sosial şəbəkələrdə müğənninin avropalı balaca qız fanatlarından birinin mahnını ifa etdiyi videogörüntü yayılıb. Video izləyicilər tərəfindən maraqla qaşılanıb.

Qeyd edək ki, Fərid Məmmədovun ifa etdiyi “Hold me” mahnısı bir müddət Avropanın musiqi çatlarında beynəlxalq hit olmaqla bərabər, həmçinin bir çox ölkələrin "Top 5"liyinə də daxil olub.

VİDEO

Milli.Az