Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub
12.3.2012

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Xorvatiya prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviçlə birgə görüşü olub.
Sonra prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Xorvatiya prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

                                                                                                                                           APA