“Azercell Telekom” “Pulsuz Smartfon” kampaniyasına başlayır.
09 iyul -31 Dekabr 2014-cü il tarixlərini əhatə edəcək kampaniya çərçivəsində bütün - yeni, mövcud, və “Azercell” şəbəkəsinə MND (Mobil Nömrə Daşınma xidməti) çərçivəsində keçən SimSim abunəçiləri iştirak edə bilər.
Kampaniyanın şərtlərinə əsasən abunəçilər “Azercell” diler və “Azercell” Ekspres məntəqələrinə yaxınlaşaraq öz SimSim nömrələrinin balanslarından 99 AZN ödəməklə, 1 il boyunca ölkədaxili bütün istiqamətlərə zəng edib, eləcə də SMS və İnternetdən istifadə edib “Azercell”dən Pulsuz Smartfon qazanmaq imkanı əldə edəcəklər. Kampaniyaya 1 dəfə və yalnız öz adına olan nömrə ilə qoşulmaq mümkündür. Bu zaman balansdan istifadə haqqı nömrədəki cari tarifə uyğun olaraq hesablanır.
gun.az