Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Qəbələnin eyni adlı klubu səfərdə Bosniya və Hersoqovina “Şiroki Briyeq”inin qonağı olub.
Avrokuboklarda debüt oyununda doğma meydanda rəqibə 0:2 hesabı ilə məğlub olan “Qəbələ” səfər qarşılaşmasında da böyük hesablı məğlubiyyətə uğrayıb.
Belə ki, bosniyalılar oyunun müvafiq olaraq 17, 29 və 56-cı dəqiqələrində Qoran Zakaric və Mirko Maricin vurduğu qollarla ümumi hesabı 5-0 –a çatdıraraq növbəti mərhələyə adlayıblar.
Gün.Az