Qoç - verilmiş vədlərə əməl olunmayan gündür.
Söhbətlərdə və danışıqlarda diqqətli olun. Xoşagəlməz təmaslar, rəğbət
bəsləmədiyiniz insanlarla görüşlərdən yayına bilməyəcəksiniz. Əhvalınızı
pozmayın. Problemlər müvəqqətidir.
Maliyyə məsələlərində çətinliklər yaranacaq. Xərcləri azaldın. Alış-verişdə bədxərclik etməyin.
Buğa -
uğurlu gündür. İşgüzar maraqlarla şəxsi münasibətləri qarışdırmayın.
Peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
qətiyyətlə irəliləyin.
Aktiv olun, enerjili çalışın.
Günün
ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər.
Özünüzü qoruyun, həddan artıq ağır işdən imtina edin. İstənilən formada
yeni işə və ya layihəyə başlayarkən diqqətli olun.
Səhhətinizə fikir verin.
Əkizlər
- uğurlu, düşərli gündür. Hadisələr sizin üçün əlverişli məcrada
inkişaf edir. Gərəkli olan addımlar atın, yanlış qərarlar verməyin.
Naqolay duruma düşməməyə çalışın. Ən kiçik ləngimə və təxirəsalmalar
problemlər yarada bilər.
Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Yaşam
potensialının səviyyəsi yüksəkdir. Qüvvə və enerjiniz yetərincədir.
Bütün yeni işlərə, hətta ən ağır problemlərin həllinə başlamaq olar.
Alış-verişdə parfümeriya, saat, geyim almaq olar. Yeni layihəyə sərmayə
yatırmaq üçün əlverişli zamandır.
Xərçəng
- hər şey uğurludur. Güman etdiyinizdən də əlverişli zamandır.
Hadisələrə təsir imkanlarına malik insanlar sizin tərəfinizdədir. Sizə
yardım edən nüfuzlu insanlardan biri az sonra dostunuza çevrilə bilər.
Yüksək vəzifəyə malik insanla yeni münasibətlər formalaşacaq.
Günün
ikinci yarısı daha uğurludur. Nəzərdə tutduğunuz planların hamısı
reallaşmasa da, əksəriyyətini həyata keçirə biləcəksiniz. Romantik
təmaslar uğurlu olacaq. Sevdiyiniz insanı hədiyyə ilə sevindirə
bilərsiniz.
Şir - günün ilk
yarısı qarışıq, laübəlidir. İşdəki çətinliklər və ailədəki problemlər
başağrısı yaradaraq əhvalınızı korlaya bilər. Çətin situasiyadan çıxış
yolu arayarkən yanlışlıqları sıralamayın.
Səbrli, təmkinli
olun. Günün ikinci yarısında vəziyyət düzələcək. Yeni imkanlar yaranır.
Karyeranızda irəliləyiş imkanları var. Şəxsi münasibətlərdə də müsbət
dəyişikliklər şansları çoxdur.
Qız -
yaşanan olaylara rəğmən nigaran qalmayın. Çaş-baş davranaraq vurnuxma
yaratmayın. Stəkanda fırtına sizi qorxutmasın. Sizdən narazı olduğunu
gizlətməyən insan əslində fəaliyyətinizə ciddi problemlər yarada
bilməyəcək. Üstəlik, az sonra bu insanlar daha yaxşı düşünülmüş plan
üzrə hərəkət etdiyinizi etiraf etməli olacaqlar.
Günün ikinci
yarısında əvvəllər əldə etdiyiniz təcrübədən, biliklərdən yararlana
bilərsiniz. Ötənlərdə kəsilmiş və ya soyumuş münasibətləri bərpa etmək
olar.
Tərəzi -
günün ilk yarısında problemlərin öhdəsindən gəlmək asan deyil. Səbrli
olun. Yaşananlar sınaqdır. Bu dövrdə ciddi səhvlərə yol verməsəniz,
sonra hər şey yaxşı olacaq.
Günün ikinci yarısı daha
uğurludur. Yaxşı tanımadığınız insanların məsləhətlərinə və xüsusilə də
vədlərinə inanmayın. Müstəqil davranın. Yalnız qərarlarınız irəliləyişə
təkan verə bilər.
Alış-verişdə bədxərclik etməyin.
Əqrəb
- yaxın ətrafınızdakı insanlarla dil tapmağı bacarın. Məhz bunun
sayəsində problemlərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Şəxsi
münasibətlərdə ciddi çətinliklər yaranmayacaq.
İşlərdə eksperimentlər aparmaq olar. Uğura nail olmaq üçün yeni yollar arayın.
Bilikləri,
təcrübəni, peşəkar bacarıqları artırmaq üçün əlverişli zamandır.
Dünyagörüşünüzü artırın. Yeni tanışlıqlar və romantik təmaslar üçün
münasib zamandır.
Oxatan - yaşamınızda
hər şey istədiyiniz kimi deyil. Taleyinizdən şikayətlənməyin. İşlərin
öhdəsindən gələcəksiniz. Hətta ən ağır problemlərin çözülməsi sizi
usandırmayacaq, yormayacaq.
Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları var.
Yaxın
ətrafınızdakı insanlar düşünürlər ki, heç bir tərəddüd olmadan qərarlar
qəbul edirsiniz. Onların bəziləri sizə paxıllıq edirlər. Əslində isə
şübhələrinizi kimsə ilə bölüşməyin. Tərəddüdləriniz barədə danışmayın.
Oğlaq
- yaranan imkanlardan və əlverişli situsiyadan maksimal dərəcədə
məhsuldar istifadə etməyə çalışın. Dəmiri isti-isti döyün. Uğur əldə
etmək istəyirsinizsə, adi günlərlə müqayisədə daha çox çalışmalı
olacaqsınız. Başqalarının məsləhətlərinə aludə olmayın. Yalnız
intuisiyanızın səsini dinləyin.
Əks cins mənsubları ilə
təmaslar uğurlu deyil. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yarana
bilər. Emosiyaların təsirinə düşərək səhvlərə yol verməyin. Sonradan
sizi təəssüfləndirəcək sözlər deməyin.
Dolça
- mənfi təmayüllərin təsiri güclü olacaq. Amma narahat olmayın, kənar
təsirlərə müqavimət göstərin, geri çəkilməyin. Kimsə və ya nə isə sizi
yoldan sapdırmamalıdır. Problemlərin həllinə həddən ziyadə səy
göstərərək yorğun düşməyin. Maliyyə itkiləri riski var.
Planlaşdırılmamış alış-veriş etməyin.
Yaşlı qohumlarla
təmaslarda diqqətli olun. Səbrli, qayğıkeş, təmkinli olun və
münaqişələrin yaranmasına imkan verməyin. Kiçik səyahətlər uğurlu
alınacaq. Şəraitdə dəyişikliklər edə bilərsiniz. İnteryerdə yeniliklər
və dəyişikliklər üçün əlverişli zamandır.
Balıqlar
- günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar olacaq.
Düşünülmüş qərarlar və təmkinli davranış gəlirlərə səbəb ola bilər.
Nüfuzunuzu artırın. İşdə rəhbərliklə mübahisədə mövqeyinizi müdafiə
edin, geri çəkilməyin.
Şəxsi münasibətlərdə adi günlərlə
müqayisədə sərinləmə müşahidə olunur. Yaxınlarınızın yalnız öz işlərini
düşünərək sizə əsla fikir vermədiyini zənn etməyin. Durum birmənalı
olmadığı üçün onlar çətinliklərini həll etməyə çalışırlar.
Narahatlıq üçün ciddi səbəblər yoxdur.
Milli.Az