Futbol bayramı başa çatdı, kubok Almaniyaya getdi – Video
14.7.2014

Almaniya dördüncü dəfə dünya çempionu oldu.

Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub.

Həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gəlib. Məşhur “Marakana” stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilirdi.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxta isə almanlar fərqlənərək görüşdən qalib ayrılıblar – 1:0.

Almaniya çempion olmaqla həm də Cənubi Amerikada dünya kubokunu qazanan ilk Avropa komandası kimi tarixə düşüb.

Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

Almaniya - Argentina - 1:0

113 – Mario Qötze

gun.az