Rusiyanın Yekaterinburq şəhərində keçirilən beynəlxalq “İnnoprom 2014” sərgisində yeni nəsil tramvay “R-1” (“Russia One”) təqdim olunmuşdur.
Omsk şəhərindəki “Uraltransmaş” zavodunda istehsal olunan tramvay “Atom” şirkətinin baş dizayneri Aleksey Maslov tərəfindən dizayn edilmişdir. Kənardan akvariumu xatırladan bu tramvay “Xətt üstündə iPhone” də adlandırılır. Onun zərər görmüş hissələrini asanlıqla çıxarıb dəyişmək mümkündür.
Təxminən 200 adam daşıya bilən tramvay yaxın aylarda Rusiya küçələrində görünəcəkdir. Saatda 50 kilometr sürət yığa bilən “R-1”in qiymətinin 1 milyon avro olduğu bildirilir.
© AzərTAc