Görkəmli aktyor, Xalq Artisti Ələddin Abbasov 92 yaşında dünyasını dəyişmişdir.
1922-ci ildə Gəncədə dünyaya göz açan Ələddin Abbasov 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunmuş, iki il təhsil müddətində teatrın yardım heyətində çalışmış, bir sıra kütləvi səhnələrdə oynamışdır. Sonralar o, xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və s. görkəmli aktyorlarla çiyin-çiyinə çalışmışdır. 1958-ci ildə Əməkdar Artist, 1971-ci ildə isə Xalq Artisti adını alan görkəmli aktyor teatr tamaşaları ilə yanaşı, çoxlu sayda filmlərdə də əsas rolların ifaçısı olmuşdur. Onun ən böyük rolu “Dəli Kür” filmindəki Cahandar ağa surətidir.
Mərhumla vida mərasimi iyulun 14-də Gəncə Dövlət Dram Teatrında olacaq və Xalq Artisti Gəncədəki Fəxri xiyabanda dəfn ediləcəkdir.
http://azertag.az/