Qoç - aktiv fəaliyyətə başlamazdan əvvəl
ətrafınıza nəzər salın. Addım və qərarlarınızın yaxınlarınıza,
tanışlarınıza zərər vermədiyinə əmin olun. Yanlışlıqların fəsadları ağır
ola bilər. Sözlərinizdə diqqətli olun. Önəm verdiyiniz insanın xətrinə
dəyməyin, onun qəlbini qırmayın.
Günün ikinci yarısı
yaradıcılıq fəaliyyəti üçün pis deyil. Yeni biznes layihəyə başlamaq
olar. Önəmli sərmayə tələb edən layihəni etibar etdiyiniz insanla
müzakirə edin.
Buğa - işlərin
axarı pis deyil. Qətiyyətli və iradəli davransanız, gerçəkdən də, ciddi
irəliləyişə nail ola bilərsiniz. Köhnə dostlar yanınızda olacaqlar.
Onlar məsləhətlərini, zərurət yarandığı təqdirdə isə yardımlarını
əsirgəməyəcəklər. İşgüzar danışıqlarda irəliləyişlər olacaq.
Şəxsi
münasibətlərdə harmoniyaya nail olmaq üçün səy göstərməli olacaqsınız.
Ağır saatlar yaşanacaq. Ailə üzvləri ilə təmaslarda xüsusilə diqqətli
olun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər
- uğurlu, qarşınızda yeni üfüqlər yaradan gündür. Məqsədəuyğun şəkildə
çalışın, tənbəlliyə qapılmayın. Yeni işlərə başlamaq olar. Mühüm və
həlli çətin məqamları müəyyənləşdirin, təşkilati məsələləri həll edin.
Liderlik məziyyətlərinizi nümayiş etməkdən çəkinməyin.
İşdə həmfikirlərlə birlikdə maneəni dəf etmək olar. Kollektiv fəaliyyətdə xeyir var.
Çətinlik
çəkmədən yaxınlarınızla dil tapın. Ciddi mübahisə və ya fikir
ayrılıqlarının səbəbkarı olmayın. Axşam saatlarında xoş sürprizlər,
romantik görüş istisna deyil.
Xərçəng
- kiçik məsələlərə və xırda problemlərə görə əhvalınızı pozmayın.
Diqqətli və qətiyyətli olsanız, həmin çətinliklərin öhdəsindən
gələcəksiniz. Səfər, köç, iş yerini dəyişmək üçün münasib zamandır. Yeni
sahədə və ya müstəvidə özünüzü sınaya bilərsiniz.
Yaşam
potensialınızın səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. Problemlərin
sayı sizi bihal etməsin, yorğunlaşdırmasın. Yaşam tərzinizi
normallaşdırın.
Yeni rejimə uyğunlaşmaq çətin deyil.
Şir - günün ilk yarısı çətinliklərdən xali deyil. Əsəbi, emosional, qıcıqlı olmayın. Hisslərinizin əsirinə çevrilməyin.
Dəyər verdiyiniz insanlardan biri ilə kəskin mübahisə edərək əlaqələri gərməyin.
Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişli deyil.
Lakin
saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Problemlər
həllini tapacaq, situasiya stabilləşəcək. Axşam saatları uğurludur.
Sevdiyiniz insanla birlikdə olun.
Qız -
uğursuzluqlar, ciddi problemlər ola bilər. Şəxsi münasibətlərdə sərvaxt
davranın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini birmənalı
olaraq qulaqardına vurmayın. Həmin məsləhətlər arasında faydalı olanlar
da var. Maliyyə çətinlikləri istisna deyil. Anlaşma, sövdələşmə və
müqavilələr üçün əlverişli zaman deyil.
Yaxınlarınızla dil
tapmağa çalışın. Onlar planlarınızı bəyənmir, mövcud situasiya ilə bağlı
mövqelərinizi yanlış sayırlar. Münaqişələrə imkan verməyin, ixtilafları
aradan qaldırın.
Tərəzi -
işgüzar fəaliyyət üçün əlverişli gündür. Həmkarlarla dil tapın, peşəkar
fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişlərə nail olmağa çalışın.
Başqalarının yalnız arzu etdiyi nailiyyətlərə qovuşun. Bütün bunlar
təbii ki, tərəfdaşlar, sifarişçilər və ya işdəki rəhbərliyin diqqətini
cəlb edəcək.
Vəzifəniz, maaşınız arta bilər.
Şəxsi
münasibətlər müstəvisində də durum pis deyil. Olaylar sizi
sevindirəcək. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla dil
tapmağa can atın. Həssas insanlara yardım edin. Ümidini itirənləri
ruhlandırın.
Əqrəb - işdəki
situasiya ideal olmasa da, təlaşa qapılmayın, təşvişə düşməyin. Yaranan
çətinliklərin öhdəsindən gəlməyə çalışın. Həmkarlarla mübahisələr sizi
sinirləndirməsin. Haqlı olduğunuzu sübut edin. Fikir və mövqelərinə
sayğı bəslədiyiniz insanlarla sərt danışmayın.
Mühüm qələbələrə nail olmaq çətindir.
Ailədə kiçik anlaşılmazlıqlar yarana bilər. Yaxınlarınızın bəziləri qərar və addımlarınızı tənqid edirlər.
Amma aqressiv olmayın. Yaxınlarınızla səmimi, qayğıkeş davranın.
Oxatan -
çətin, qarışıq gündür. Ağır problemlərin həllində qıvraq davranın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Ötənlərdə əldə
etdiyiniz bilik və bacarıqlar karınıza gələcək. Maliyyə məsələlərində
müsbət dəyişikliklər olacaq.
Ailə üzvləri və qohumlar sizi
dəstəkləyir, yardım etməyə çalışmayacaqlar. Ruhdan düşməyin, müstəqil
işləyin. Kimsəyə bel bağlamayın.
Axşam saatlarına yaxın yeni müttəfiq tapa bilərsiniz.
Oğlaq
- böyük və asan əldə ediləcək uğurlar olmayacaq. Zəhmət çəkməli,
çalışmalısınız. Sakit oturmayın. Boşuna keçirilən saatlar xoş emosiyalar
bəxş etməyəcək. Əksinə, böyük və kiçik uğursuzluqların təməli
qoyulacaq. Astagəl olsanız, maliyyə problemləri və işgüzar tərəfdaşlarla
ixtilaflar qaçılmazdır.
Günün ikinci yarısında uğurlarınıza
sevinə bilərsiniz. Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizdə
problemlər, xroniki ağrıların kəskinləşməsi riskləri var. Tənəffüs
sistemini qoruyun.
Dolça -
rəvan və məhsuldar iş üçün əlverişli gündür. Səliqə-səhman, nizam,
detallara diqqət tələb edən işlərdə səhvlərə yol verməyin. Yaradıcılıq
fəaliyyətini ertələyin. Yeni ideyalar yoxdur, köhnə ideyalardan da
yararlana bilmirsiniz. İşgüzar təkliflər ala bilərsiniz. İlk baxışdan
onlar maraqlı və sərfəli təsir bağışlasalar da, əslində belə deyil.
Razılaşmağa tələsməyin.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Maraqlandığınız insana doğru ilk addım atın. Cazibədar insanla tanış ola bilərsiniz.
Axşam saatlarına yaxın xroniki ağrılar kəskinləşə bilər. Gözlərinizdə ağrılar istisna deyil.
Balıqlar
- bütün işləri sürətlə görməyə və vaxtından əvvəl başa vurmağa
çalışmayın. Hazırda ən mühüm olan məsələyə daha çox diqqət ayırın. Süst,
astagəl, ahəstə davranış sənədləşdirmə və ya maliyyə işlərində ciddi
problemlər yarada bilər. Dəqiqlik tələb edən hesablamalarda fikriniz
yayınmasın. Məişət kimyası, lak və ya boya ilə təmasda olsanız, sərvaxt
davranın.
Yaxınlarınızla münasibətləri sərinləşdirməyin. Son
vaxtlar ünsiyyətində gərginliklər yaşayan adamla dil tapmağa çalışın.
Ağır fiziki işlər görməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Milli.Az