Tarixi rekord: Azərbaycan yığması FİFA reytinqində 10 pillə irəliləyəcək
15.7.2014

Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların yeni reytinqi açıqlanacaq.

Iyulun 17-də rəsmən açıqlanacaq siyahı indidən bəllidir.

Mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub.

Nəhəng komandaları erkən məğlubiyyətləri onların reytinq xalını azaldıb və siyahıda geriləyiblər.

Dünya Çempionatında iştirak edən ölkələrin xal itirməsi heç bir oyun keçirməyən ölkələrin siyahıda irəliləməsinə də səbəb olub.

Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 6 pillə geriləyiblər. Braziliya və İtaliyanın 5, İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdır. Sonuncu iki komanda “onluq”dan da kənar düşüb.

Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.

İlk “onluq”

1 (2). Almaniya – 1761

2 (5). Argentina – 1689

3 (15). Hollandiya - 1525

4 (8). Kolumbiya – 1492

5 (11). Belçika – 1407

6 (7). Uruqvay - 1330

7 (1). İspaniya - 1229

8 (3). Braziliya – 1220

9 (6). İsveçrə - 1226

10 (17). Fransa – 1202

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişilibb. Ötən ay 83-cü yerdə qərarlaşan komandamızın tarixinin ən yaxşı nəticəsi olan həmin göstərici dah da yaxşılaşıb.

Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Avstraliya, Kabo-Verde, Zambiya, Mərakeş, Belarus, Yamayka, Trinidad və Tobaqo, Haiti və Salvadoru arxada qoyub.

Millimiz və “qonşuları”

70 (70). İrlandiya - 440

71 (67). Boliviya - 429

72 (78). Bolqarıstan - 425

73 (83). AZƏRBAYCAN - 410

74 (80). Makedoniya – 406

75 (39). Kabo-Verde – 401

76 (62). Avstraliya – 397


Gün.Az