Ramazan bayramı ilə bağlı qeyri-iş günləri açıqlandı
15.7.2014

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda iki gün iş günü olmayacaq.

Azərbaycan Nazirlər Kabinetindən verilən məlumata görə, bu il Ramazan bayramı iyulun 28-29-na təsadüf edir. İyul ayının 26 və 27-i isə həftəsonuna düşür.

Qeyd edək ki, iyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf edir.
Bununla əlaqədar olaraq ölkə ərazisində 4 gün qeyri-iş günü olacaq.

ANS PRESS