Unikal rekord: göydən yerə quş kimi süzdü
12.3.2012

İsveçrəli Remo Len dünyada ən unikal rekordlardan birini vurub. O, Alp dağlarındakı Verbye dağ-xizəkçilik kurortunda təyyarə ilə göyə qalxıb, 7500 metr yüksəklikdən aşağı atılıb.
GoMap.Az "The Sun"a istinadən bildirir ki, "uinq-syut" ustası olan 36 yaşlı Len 500 km/saat sürətlə aşağı şütüyərək səmada pərvaz edib.
O, Qran Kombin dağının zirvəsindən aşağı 4 dəqiqəyə düşüb və yerə bir az qalmış paraşütü açıb.
"İndiyədək kimsə belə etməmişdi. Çox cəsarətli iş oldu və işimdən razıyam", - Len deyib.