Almanların qolunu azərbaycanlı vurdu - Video
15.7.2014

Ukraynanın “Dinamo” (Kiyev) klubu təlim-məşq toplanışı çərçivəsində Almaniyanın "Karlsrue" klubu ilə yoldaşlıq görüşü keçirib.

Görüş ukraynalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Almanların yeganə qolunu hesab 2:0 olarkən Qazaxıstanda doğulan Azərbaycan əsilli futbolçu vurub. Dmitri Nəzərov oyunun 69-cu dəqiqəsində Şovkovskini məyus edib.

Həmyerlimizin yalnız alman klublarında çıxış etdiyi bildirilir.
Video

gun.az