Ağ evdə iftar verildi – Video
15.7.2014

ABŞ prezidenti Barak Obama Ağ evin yeməkxanasında iftar ziyafəti verib.

İlk dəfə sabiq ABŞ prezidenti Bill Klinton tərəfindən başlanan ənənə, prezidentlər Corc Buş və Barak Obama tərəfindən davam etdirilir.

İl ərzində Ramazan ayının bir günü Ağ evdə iftar süfrəsi açılır.

Obamanın 6-cı belə açdığı iftar süfrəsində dövlət rəsmiləri, din xadimləri, Amerikanın müsəlman icmasının və digər dinlərin nümayəndələri, eləcə də diplomatik korpusun üzvləri iştirak ediblər.
Video

gun.az