Azərbaycan Silahlı Qüvvələrinin bir qrup zabiti Fransanın milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
Hərbi qulluqçularımız ölkəmizin bayrağını dünyanın 80-ə yaxın Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən hərbi paradda ilk dəfə olaraq dalğalandırıblar.
Gün.Az