Kanadada “Music Niagara” beynəlxalq festival çərçivəsində Azərbaycan musiqisi günü keçirilib
15.7.2014

Kanadanın Niaqara-on-the-Lake şəhərində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.

Tədbir çərçivəsində “Araz Dance” qrupu Azərbaycanın xalq musiqisi və milli rəqsi proqramı ilə çıxış edib.

Məlumat üçün bildirmək istərdik ki, sözügedən qrup Torontoda yaşayan soydaşlarımız tərəfindən təsis edilib.

Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müşaviri Elcan Həbibzadə çıxış edərək, son illər ərzində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın milli rəqs və musiqi proqramlarının təşkilinin artıq ənənəvi hal aldığını bildirib və bunun Kanadada Azərbaycan mədəniyyətinin tanınması, eləcə də iki ölkə arasında mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Gün.Az